Amerikada yaşayan azərbaycanlı müğənni Rauf Kingsley dünya arenasına ilk addımlarını qoymaqla yanaşı, Azərbaycan estradasına da fərqli üslub gətirmək niyyətindədir. Bu məqsədini gerçəkləşdirmək üçün Rauf Azərbaycana gəlib. O, Azərbaycanda musiqi prodüseri Clavis ilə əməkdaşlığa imza atıb:
“Azərbaycanda ən səviyyəli musiqi prodüserlərindən biri Clavisdir. İş birliyimiz uzun ömürlü olacaq. Artıq müqavilələr imzalanıb. İşlər burda görülsə də, üst işlərin hamısı Amerikada olunur. Çünki orada da prodüser şirkəti ilə müqaviləm var”.
Rauf yeni albom üzərində çalışdığını da əlavə edib:
“Albomun ilk parçası olan “More than this” adlı sinql bütün musiqi platformalarında yer alıb və elə həmin gün iTunes Top Azerbaijan Chart-da ilk sırada qərarlaşıb. Azərbaycanla yanaşı bir çox ölkələrdə TOP listə daxil olub".
Rauf deyir ki, "More Than This" gözlədiyimdən də uğurlu oldu və ən yaxın zamanda Youtube-da onlayn olacaq.
"Artıq bir neçə mahnım hazırdı. Sadəcə hamısını eyni anda çıxarmaq olmaz. Amma 2022-ci ilin ilk aylarında albomum işıq üzü görəcək. Əminəm albomum Azərbaycan dinləyicisinin də ürəyincə olacaq. Çünki mənə ən doğma məhz Azərbaycan dinləyicisidir”.
Rauf haqda digər məqalə:
http://m.shownews.az/news/show/6209-azerbaycanli-mugenninin-mahnisi-dunya-ulduzlarini-usteleyib