Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Mənim kimi arvaddan kim qaçar?" - Gövhər Rzayeva

"Mənim kimi arvaddan kim qaçar?" - Gövhər Rzayeva

Aparıcı Elgiz Əkbərin "Corabımı, ayaqqabımı həyat yoldaşım geyindirir" sözləri ətrafında müzakirə bitmək bilmir.

SHOWNEWS.AZ xəbər verir ki, "Elgizlə izlə" verilişinə qonaq olan Əməkdar artist Gövhər Rzayeva onun fikirlərini tənqid edib. O bildirib ki, vəkil Şəfiqə Nağıyevanın bu fikrə etiraz etməsini dəstəkləyib:

 

"Düz deyir, niyə ərə corab geyindirirsən? Xəstə deyil ki... Bir insan xəstə olsa, əyilib edə bilməsin, hə... Yoxsa niyə ona corab geyindirim?".

Elgiz isə ona "Elə ona görə də kişi qaçıb" cavabını verib. 

Musiqiçi əsəbiləşərək "Qaçmayıb... Birincisi rəhmətə gedib. İkinci mənim kimi arvaddan kim qaçar? Niyə kişi qaçsın? Demişəm ki, kişi çıxıb gedib. Onu da özüm demişəm get. Adam var ikinci qadını qəbul edir, mən etmədim. Rəhmanın (Əməkdar artist Rəhman Rəhmanov - red.) yoldaşı görür ki, iki qadın alıb. Ona görə qorxurlar ki, üçüncünü alar, corablarını geyindirir. Gözləri qorxub. Qulluq başqadır" reaksiyasını verib.