Müğənni İzzət Bağırov maraqlı açıqlaması ilə gündəmə gəlib.
SHOWNEWS.AZ xəbər verir ki, "Tam vaxtıdır" proqramına dəvət olunan ifaçı, son zamanlarda sosial şəbəkələrdə müğənilərin ünvanına səsləndirilən tənqid və təhqir dolu fikirlərdən danışıb.
Sənətçi insanların gündəlik həyatda qarşılaşdığı problemlərin heyfini məşhurlara qarşı aqressiya nümayiş etdirərək çıxdığını bildirib:
"Tanıdıq, tanımadıq, otururlar kompüter arxasında: işdə müdiri ilə dalaşan, mağazadan nəsə ala bilməyən, əri, dostu ilə dalaşan əvəzin müğənnidən çıxır. Kim nədən küsür oturur müğənniyə hirs tökür. Bunlar axirət günü kimə cavab verəcək?".