Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Qızıma "Instagram" və "Tik-Tok"u qadağan etmişəm" - Məleykə Əsədova

"Qızıma "Instagram" və "Tik-Tok"u qadağan etmişəm" - Məleykə Əsədova

Xalq artisti Məleykə Əsədova sosial şəbəkələri tənqid edib.

SHOWNEWS.AZxəbər verir ki, Əməkdar artist Sənubər İsgəndərlinin "Sənətdən kənar” proqramına qatılan ifaçı sosial şəbəkələrin sənəti ucuzlaşdırdığını və insanları tamamilə dəyişdiyini bildirib.

Əsədova yeganə övladı Gülərə feysbuk, instaqram və tik-tok kimi sosial şəbəkələrə girməyə icazə vermədiyini deyib:

 

"Sosial şəbəkələr sadəcə sənəti ucuzlaşdırmadı, eyni zamanda insanları da dəyişdi. Şəxsən mən qızıma tik-tok, feysbuk və instaqrama girməyə icazə vermirəm.

 

Özü də bilir ki, anası onun o platformalardan istifadə etməsini istəmir. Mən razı deyiləm ki, qızım sosial şəbəkələrdən istifadə etsin. Nə öyrənəcək mənim övladım oradan? Yaxşısı budur, çoxlu kitablar oxusun, oradan lazımi biliklər əldə etsin”.