Müğənni Xatirə İslam hazırda səhhətində problem olan və kirayədə yaşayan Əməkdar artist Novruz Qartalla bağlı paylaşım edib.
SHOWNEWS.AZ xəbər verir ki, sənətçi aktyorun xanımı Zərqələm Əliyevanın "42 ildir kirayədə qalırıq" açıqlamasına münasibət bildirib.
"Mənə çox maraqlıdır, mədəniyyət nazirliyi Əməkdar artistinə, mədəniyyət işçisinə niyə dəstək olub, köməklik göstərmir? Bu sənətkara kömək etmək kimin işidir?" deyə, Xatirə paylaşımında yazıb.
Qeyd edək ki, xərçəngdən əziyyət çəkən Novruz Qardal hazırda əməliyyat olunub və xəstəxanadadır.