Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Hüseyn Dərya əlimdən öpüb, qarşımda baş əyd” Elza Seyidcahan

“Hüseyn Dərya əlimdən öpüb, qarşımda baş əyd” Elza Seyidcahan

“Hüseyn Dərya o vaxtlar həbsxanaya düşmüşdü. Sonradan sənətə gələndə ona dedilər ki, “Elza Seyidcahana söz at, bununla gündəmə gəl”.

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan “5/5” verilişində qonaq olarkən deyib. Sənətçi bildirib ki, gündəmə gəlmək üçün bəziləri sənət adamlarına söz atmağa üstünlük verir:

“Hüseynlə tədbirlərin birində görüşdüm. Tutub əlimdən öpüb, hörmət əlaməti olaraq qarşımda başını əydi. Amma səhəri günü gördüm ki, efirdə haqqımda “Elza şkaflara konsert versin” ifadəsini işlədib. Bir neçə gün sonra yenidən üz-üzə gəldik. Yaxınlaşdı “salam” verdi və dedi ki, “Elza xanım məni bağışlayın, sönmüşdüm. Gündəmə gəlmək üçün mənə dedilər ki, Elzanın adını çək”. Dedim ki, əgər mənə söz atdıqdan sonra gündəmdə olub, doğru yola gələcəksənsə, bunu sənə halal edirəm”.