Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Rövşanə dövlətdən yardım uman sənət adamları rüsvay etdi

Rövşanə dövlətdən yardım uman sənət adamları rüsvay etdi

Məşhur televiziya aparıcısı Rövşanə Ağasəfqızı dövlətdən yardım uman bəzi sənət adamları haqda tənqidi fikir səsləndirib. 
SHOWNEWS.AZ xəbər verir ki, o, bu haqda özünün "Facebook" hesabında yazıb. R. Ağasəfqızının fikirlərini olduğu kimi təqdim edirik:

 

"Adlar cəkib kimlərisə incitmək istəmirəm..hər şeyi dövlətdən ummaq olmaz..ev versin,bağ versin,ad versin,orden versin..xəstəyəm müalicə etsin,xərcimi cəksin,xaricə göndərsin..təbii söhbət sənətdə müstəsna xidməti olanlardan..sənət tarixinə imza atanlardan getmir..hamiya da şamil etmek olmaz axı bunu..və mən xalqa xidmet göstərmişəm deyib dövlətin boynyna minnət qoymağı yanlış hesab edirəm..sevdiyin seneti secmisen,məşğul olmusan..ve bu peşəyə görə az cox məvacib almısan..bu işə səni kimsə məcbur etməyib..yenə deyirəm sənəti özündən böyük olanlara deyil sözüm......ona qalsa müəllim də,həkim də,polis də,jurnalist də,neftçii də xalqa xidmət göstərir..və hec də az xidmət göstərmirlər..baxın polisin gecəsi gündüzü yox..daima ayaqda..indi sabah xəstələndə car cəksinlər ki,dövlət bütün xərclərimi ödəsin?zatən kifayət qədər sənət adamına sahib cixilib..müalicəsi edilib..xaricə gönderilib...düzdür nece senət adamının acınacaqlı ölümünü də biz gördük..qapılarda,kimsəsiz,evsiz eşiksiz...amma bunun günahini yalnız dövlətdə görmek ədalətsizlik olardı..mənçə insan həyatini  ele qurmalı ki sabah doğmaları,əzizləri ona sahib cıxsınlar..övladları yiye dursunlar..

....qaldı layiq olmayanlara verilənlərə...bu ayrı mövzu...".