Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Elnarə ərinin müdafiəsinə qalxıb, JURNALİSTİN CAVABINI VERDİ

Elnarə ərinin müdafiəsinə qalxıb, JURNALİSTİN CAVABINI VERDİ

Bu gün Dövlət Sərhəd Xidmətinin zabiti, mayor Rövşən Cahangirov şəhid pilotların dəfn mərasimində DSX-nin rəisi Elçin Quliyevdən açıqlama almaq istəyən jurnalist Tural Museyibovu itələyib, bu prosesi çəkən operatora isə yumruq atıb.

Bununla bağlı mayor Rövşən Cahangirovun həyat yoldaşı, müğənni Elnarə Xəlilova açıqlama verərək, jurnalisti sərt tənqid edib:


"Arvadını da tanımıram kimsənin,soruşum mənim ərim müharibədə olanda sən harda idin? Sən kimsən? Nəçisən? Həmkarsan?Yoxsa korsan? Ay yersiz, axı sənə yerini göstərdilər, dedilər gözlə hamı kimi. Hamı üçün ayrılmış yer və vaxt var.Yoxsa elə bilirsən Mirşahinsən? Mirşahinin heç "m" hərfi də ola bilməzsən. İti qovan kimi qovdular səni nazirlikdən. Ay like dalınca qaçan zurnalist. Əgər sənə zor tətbiq edilsəydi bunu çalışdığın kanal yayımlayardı. Əzik kimi fb səhifəndə paylaşmazdın. Kim də bilməsə biz yaxşı bilirik operatorların o fəndlərini. Heç olmasa Şəhidə hörmət qoyardın ay fərsiz. Mən nədən danışıram axı? Şəhidə hörmət ? Vətən müharibəsində Şəhidə "Gay" deyən sən deyildin? Səni hamıdan çox müdafiə edən də mən. İndi sən guya bizi tanımırsan. Ar olsun sənin kimi zurnalistlərə.Vətənin üz qarasısınız siz. Atdığınız bütün şər və böhtana görə cavab verəcəksiniz".