"Mən ölkənin ən tələbatlı, ən bahalı rəqqasəsiyəm".
Bu açıqla açıqlamanı məşhur rəqqasə Aygün SHOWNEWS.AZ-a açıqlamasında edib. İddialı rəqqasə bildirib ki, məndən tələbatlısı varsa, məndən bahalısı varsa, çıxsın qarşıma:
"Mən sənətimi sevirəm. Sənətimə sərmayə qoyuram. Səhnə geyimlərimizin baha olmasını hər kəs bilir. Səhnə geyimlərimə görə maşınımı da satmışam. Gözəl rəqs klipləri çəkmək üçün ən bahalı avadanlıqlardan istifadə etmişəm.
Gözəl iş ərsəyə gəlsin deyə, səhhətimi də təhlükəyə atmışam. Qarlı-buzlu havada saatlarla kamera qarşısında rəqs etmişəm. Nəticədə ölkənin ən bahalı rəqqasəsi olmağı bacardım".