"Axırda da urvatsız getdi".
SHOWNEWS.AZ xəbər verir ki, bunu "Xəzər”televiziyasında yayımlanan "Səhər mərkəzi” verlişində Flora Kərimova söyləyib. O, keçmiş həmkarı və uzun illərdir küsülü qaldığı İlhamə Quliyevanı ölməsinə baxmayaraq, onu heç bir zaman bağışlamayacağını söyləyib:
"Mən onu heç bir zaman bağışlamayacam. Ölməsinə baxmayaraq, yenə də onu bağışlamıram. Eşidəndəki ölüb heyifsləndim. Çünki o adam əziyyətlə yaşadı. Nə sevincinə sevindi, nə də itkisinə kədərləndi. Gah bu divara, gah da o divara vuruldu. Axırda da urvatsız getdi”.