Bakıda təşkil olunan "Dossi Dossi Fashion Show" haqda yazmayan türk mediası olmayıb. Yerli media ilə yanaşı, türklər də bu dəb nümayişi haqda geniş məqalələr təqdim edib.
SHOWNEWS.AZ xəbər verir ki,türk mediasının diqqətində olan digər məqam isə əməkdar artist Röya Ayxanın dəb nümayişindən sonra təşkil olunan konserti olub.
Röyanın konsertindən yazı hazırlayan türk mediası sənətçinin geyimi və tamaşaçıya ötürdüyü enerjidən yazıb.
Qeyd edək ki,adıçəkilən defiledə Türkiyənin ən məşhur modelləri yer alıb. Onların arasında həmyerlimiz Günay Musayevanı, Çağla Şikel, Özge Ulusoy, Vilma Elles, Şəbnəm Şaffer və başqalarının adını çəkmək olar.