Xəbər verdiyimiz kimi, Bakıda Xarı bülbül gülünün simvolu həkk olunmuş corablar satışa çıxıb. Görüntülər sosial şəbəkədə yayılandan sonra insanlar qələbəmizin, Şuşanın rəmzinə çevrilən bu gülün corablara vurulmasına etiraz edib.
Hadisəyə fikir bildirənlərdən biri də məşhur bəstəkar və müğənni Elnar Xəlilov olub.
SHOWNEWS.AZ xəbər verir ki, o, bu məsələni şişirdənlərin aşağı təfəkkürlü insanlar adlandırıb:
"Xarı bülbül bir gül növüdür. Anlamadığım bir şey var. Xari bülbül də qızıl gül kimi bir güldürsə, niyə belə tənqid olunur? Oğullarımız bu gül uğrunda döyüşməyiblər ki. Ana, Vətən uğrunda döyüşüblər. Bunu tənqid edəcək təfəkkürəmi endik? Şokdayam".
O, fikirlərinə belə əlavə edib:
"Milli simvolumuz olan pul əskinazlarını arxa cibimizə, müəyyən orqanımıza yaxın qoyuruq. Sözümün canı budur ki, insanlar sanki qınamağa kökləniblər. Qərənfil rəsmi olan corablar da var. 20 yanvardan sonra qərənfil də elə oldu. Sadəcə Şuşanı xatırlatdığı üçün xarı bülbül loqosu yayıldı. Və ən əsası biz məğlub yox, qalib olmuşuq".