Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Nahidə paltarını tənqid edənlərə cavab verdi: “Burunlarını soxmasınlar!”

Nahidə paltarını tənqid edənlərə cavab verdi: “Burunlarını soxmasınlar!”

Ötən gün Türkiyədə “Altın kelebek” mükafatlandırma gecəsində “Azərbaycanın ən parlayan ulduzu” nominasiyasında qalib gələn Nahidə Babaşlı qalib gəlib.

Sosial şəbəkədə ən çox müzakirə olunan isə ifaçının geyimi olub. Əksəriyyət müğənninin demode və zövqsüz geyindiyi üçün qınayıb. Babaşlı bütün tənqidlərə cavab verib:

 

"Əslində çox yaxşı bir məqama toxundunuz. Bəzi insanlar həqiqətən öz fikirlərini yaxşı başa sala bilmirlər, cümlələrini düzgün seçə bilmirlər və ya sadəcə öz mənfəətlərini fikirləşirlər.  Loru dildə desək, eşələyib başqa şeylər axtarmağı onlara yaraşdırmadım. Amma tənqidə açıq insanam. Səhnə fəaliyyətimə başladığım ilk günlərdən bu söz-söhbətlər heç bitmir. Çox başım ağrıdı. Həm Türkiyədə fəaliyyət göstərməyim, türk dilində mahnı yazıb-oxumağıma görə... Mən bir yerdən sonra dedim ki, “bəsdir də, özünü yorma, heç kimə özünü zorla bəyəndirə bilməyəcəksən”. Bir şey tapmaq istəyən həmişə nəsə tapıb deyəcək. Ona görə mənim heç özümü yormağımın mənası yoxdur. Belə neqativ insanların mənim nailiyyətimə kölgə salmasına heç vaxt icazə vermərəm. Başqasının həyatına burunlarını soxmasınlar".

oxu.az