Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Həyat yoldaşı kimi onu qısqanmıram" - Oksana

"Həyat yoldaşı kimi onu qısqanmıram" - Oksana

"Həyatım 360 dərəcə dəyişdi. Düşünürəm ki, mən ümumiyyətlə, yaşamırmışam. Ana olmazdən əvvəl qürurluluq, higgə, hər şeyə coşurdum. İndi yox, daha mərhəmətli oldum, kiməsə görə yaşayırsan".

 

SHOWNEWS.AZ xəbər verir ki, bu sözləri rəqqasə-aktrisa Oksana Rəsulova "Sənətdən kənar" proqramında deyib. Oğlu Osmandan danışan sənətçi həyatının dəyişməsindən söz açıb. 

Oksana aparıcı Şəhriyar Əbilovla ailə qurmasından da danışıb: 

"Əvvəllər ona dost kimi baxırdım. İndi deməzdim ki, sırf həyat yoldaşı kimi onu qısqanıram, yox. Bir-birimizi qısqanmırıq. Çünki bilirik nə var, nə yox. Evləndikdən sonra mən ona tamam başqa gözlə, Osmanın atası kimi baxmağa başladım. Bizim bəzi söz-söhbətlərimiz də bunun üstə olur: sən edirsən, uşaq da sənə baxıb təkrarlayır. İndi tamam başqa mövzular var. Osman Şəhriyar nə etsə, onu təkrarlayır. Mən də ona görə deyirəm ki, məsuliyyət daha çox sənin üzərinə düşür. Sən öz həyatını elə qurmalısan ki, uşaq da sənə baxıb ibrət götürsün. 

Yaxşı tanışlığımız və tanışlarımız var. Mən alovam, Şəhriyar su. Şəhriyar həmişə su olub. Mən əsəbiləşəndə, deyib, bəsdir. İndi çalışıram ki, mən də su olum. Təbii ki, biz Osmana görə, elə su olmalıyıq. Ümumiyyətlə, xarakter baxımından Şəhriyar çox sakit insandır. Mən isə özümdən tez çıxıram, tələsirəm, səbirsizəm. Məni heç kim gözləmir, amma Şəhriyarı gözləyir. Evdə mənfi mənəm, müsbət Şəhriyar. Hərdən deyirəm, Şəhriyar, sənə yazığım gəlir mənim kimi yoldaşın var".