Türkiyənin məşhur müğənnisi Hadisenin “Altın Kelebek” mükaftalandırma mərasimində geyindiyi libas sosial şəbəkələrdə gündəm olub. Əksər sosial şəbəkə istifadəçiləri tərəfindən bəyənilən donun qiyməti də maraq yaradıb.
Dünyaca tanınan “Valentino” markalı libasın 10 min 900 dollar, təxminən 18 min 530 manata olduğu ortaya çıxıb. Sənətçinin həmin gecə geyindiyi ayaqqabı isə 1106 dollar, yəni 1881 AZN-dir.