"Tunar mənə qadağa qoymur. Mənə niyə qadağa qoysun ki? Getsin arvadına qadağa qoysun".
Bu açıqlamanı Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalova qardaşı Tunarın onun geyimlərinə qadağa qoyurmu sualına cavab verərkən dilə gətirib:
"Sadəcə qardaş atadan sonra bacının həyatında xüsusi yer tutur. Sən ona hörmət etdiyin üçün onun dediklərini edirsən. Bir libas geyinirəm, qardaş olaraq qeyrətimi çəkdiyi üçün xoşuna gəlmir, tez paltarımı düzəldirəm. Səhnə adamıyam, görür ki, elə bir insan deyiləm. Sənətini düzgün şəkildə icra edirəm. Mənə qarışmır, indi öz ailəsi ilə məşğuldur. Burdan bir də dedim ki, heç nə deməsin".
OLAY