Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Yemək videoları paylaşanları qınayıram" - Nura Suri od püskürdü

"Yemək videoları paylaşanları qınayıram" - Nura Suri od püskürdü

Karantinin bütün şərtlərinə əməl edərək, evdə qalıb uşaqları ilə zaman keçirən müğənni Nura Suri paylaşdığı postla diqqət çəkib. 

SHOWNEWS.AZ xəbər verir ki, məşhur müğənni sosial media hesabında post paylaşaraq bu günlərdə baş verənlər haqqında yazıb.
 

 

Sözügedən postda yazılanları olduğu kimi təqdim edirik:

"Şəxsən mən və ailə üzvlərim Martın 18-dən evdən bayıra bir addım belə atmamışıq. İnsanları qıcıqlandıran heç bir video paylaşmamışam. Yemək videoları paylaşanları da qınayıram, çünki evində çörək pulu olmayan insanlar var. Hansılar ki, restoran və şadlıq evlərində, salonlarda çalışıb günlük pul qazanırdılar, qazancsız qalıblar. İllərdir baxdığım ailələr var. Hansılar ki, mütəmadi olaraq hər ay yardım olunur. Bu haqda danışmaq istəmirəm, sevmirəm. Mənim və valideyinlərimin etdiyi yaxşılıqlar bir çoxuna məlumdur və bunu kiməsə, nəsə sübut etmək üçün deyil, mərhəmət hissindən edirik. Boşanmış üçuşaqlı tək qadınam. Özüm qazanıb uşaqlarımı böyüdürəm (böyütmüşəm). Həmişə xalqın yanında olmuşam, onların xeyrinə danışmışam, statuslar yazmışam. Amma bundan sonra susacam. Cəmiyyətimizdə əfsuslar olsun ki, qanmaz insanlar az deyil. Heç kəsin sizə borcu yoxdur! Əgər insanlar sizə yaxşılıq edirsə, dəyərin bilin. Mənim dostlarım bu son günlərdə minlərlə ailəyə yardım ediblər. Biri deyir, bu nə paydır? O biri deyir, özlərini reklam edirlər və s... 
190 azn ala bilmirsiniz deyə hər gün statuslar yazırsınız. Mən də sizə təklif etdim ki, belədirsə, tüpürün o pula. Onsuz da o pulla yaranız sağalmaz. İndi də başlamısınız şərhlərdə məni təhqir etməyə. Sizin kimilərə yaxşılıq etmək düzgün deyil. Nə tərbiyəniz var, nə mədəniyyətiniz, nə dərk edə biləcək ağlınız. Siz elə sabun ötürmə videolarına baxın və koronavirus haqda mahnılara qulaq asın. Mənim dediklərimi anlayacaq halda deyilsiniz".