Rəqsanə İsmayılovanın sosial şəbəkədə Tünzalə Ağayevanı sərt şəkildə tənqid etməsi bu günün ən çox müzakirə olunan xəbərlərindən biri olub.
ismayılova həmkarına bu çətin vəziyyətdə məşhurlara şokolad göndərməsini tənqid edib. Və ona imkansız ailələrə yardım etməyi tövsiyyə edib.
Bu açıqlamadan sonra Tünzalə Ağayevanın prodüseri Yalçın Cabbarov qarşı tərəfə cavab verib. O,Tünzalə xanımın təkcə bu günlərdə deyil, hər zaman ona müraciət edənlərə bacardığı qədər köməklik etdiyini bildirib:
"Tünzalə xanım hər zaman həm sosial, həm ictimai aktivliyi ilə seçilən sənətçilərdəndir. Ona görə də hər ağzına gələni danışan insanlara reksiya verməyəcək. O, hər zaman qalmaqallardan kənar, yalnız sənəti ilə məşğul olan sənətçidir. Hər birimizin borcumuz əvvəl Allah, sonra Vətən qarşısındadır. Başqa heç kimə hesabat vermək kimi bir məcburiyyətimiz yoxdur. İndiki çətin vəziyyətdə kiməsə böhtan atmaq, yalan iddialar səsləndirmək gərəksiz və bir az da bekarçılıqdan doğan hərəkətdir. Mən fikrimi ən mədəni formada yekunlaşdırmaq istəyirəm. Sadəcə olaraq, ayıb olsun deyirəm. Fürsətdən istifadə edib sizin sayt vasiəsiylə bir çox müğənni dostlarımıza göstərdikləri dəstəyə görə xüsusi təşəkkürümüzü bildirmək istəyirəm. Onlar gedib həmin şokolad mağazalarından şokolad alıblar ki, bu biznes dayanmasın.”
Bu açıqlamadan sonra Rəqsanə İsmayılova da qarşı tərəfə cavab verməyi özünə borc bilib:
"Əziz həmkarlarım bugün mahnı və klip yarışı aparmağın günü deyil, Bugün Birlik günüdür!
Ey xalqımın Artistləri, biz sənətçilər bir olub, dövlətimizin yanında olmalıyıq.
Bəli Rəqsanə bəzən emosional ola bilər, hansısa sözü səhvdə yaza bilər, amma bütün günü karonavirusa mahnı oxuyan müğənnilərə demək istəyirəm ki, mənim nə işlə məşğul olduğumu hər kəs çox gözəl bilir.
Neçə gündür ki, mən övladlarımın üzünə belə həsrət qalmışam.
5000 dən çox insan ərzaq gözləyir, o insanların gözü yoldadır.
Əlim çatanı özüm edirəm, bacarmayanda kiminsə qapısını döyürəm və çağırış edirəm ki, gəlin əl ələ verək bugünlərdə bir olaq.
Amma siz diplomat çıxışlarınızla gözə kül üfürürsünüz!
Mənim bütün həmkarlarıma, eləcə də Tünzalə xanıma böyük hörmətim var.Amma bugün prodüseri Yalçın bəy açıqlama verib ki, " Rəqsanəyə Ayıb Olsun". Səbəb? Çağırış etdiyim üçün? Həmvətənlilərimin yanında olduğum üçün?
Xahiş edirəm yığışdırın bu söhbətləri, gec olmadan insanlara biraz mərhəmət göstərin.
Bu dünyadan heç birimiz şan-şöhrət aparmayacağıq.
Bizə qalan əməllərimizdir