Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Rəqsanə indi də yardım üçün Dağıstana yollanır

Rəqsanə indi də yardım üçün Dağıstana yollanır

Koronavirus pandemiyası ilə əlaqədar olaraq iş yerləri bağlandığındanRusiyada yaşayan azərbaycanlılara yardım əlini uzadan müğənni Rəqsanə İsmayılova indi də Dağıstanda yaşayan azərbaycanlıların yardımına yola düşmək ərəfəsindədir. Bu haqda müğənni özünün rəsmi "Instagram" hesabında məlumat yerləşdirib:

" Diqqət! Bilirəm ki, hal hazırda Azərbaycan - Dağıstan sərhədində qalan həmvətənlilərimiz var.Onlar ölkəyə qayıda bilmirlər və pandemiya səbəbindən çox çətin vəziyyətlə üzləşiblər.

Mən və komandam yaxın günlərdə Dağıstana gəlirik, növbəti yardım kampaniyamızı orda həyata keçəcək. Həftənin cümə günü günorta saat 14:00 da sərhəddə olacam və 300 dən çox ailəyə yardım göstərməyi planlayırıq".

Qeyd edək ki, R. İsmayılova bu günə qədər həm öz, həm də dostlarının köməkliyi ilə Rusiyada yaşayan 1500-dən çox azərbaycanlı ailəyə yardım edib.