Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Mətanət oğlunu 2-ci dəfə evləndirir

Mətanət oğlunu 2-ci dəfə evləndirir

Əməkdar artist Mətanət İsgəndərli oğlu Kərimi ikinci dəfə evləndirmək qərarına gəlib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə müğənninin eks-gəlini Canana (Aynur Həmidova) instaqram hesabında məlumat verib.

“Allah xoşbəxt eləsin. Axır ki, illərlə qurduğun istəyə nail oldun. Mən Canana sənə xeyir-dua verirəm”, - o, paylaşımında yazıb.

 

Canana, həmçinin M.İsgəndərlidən övladlarını ona geri verməyini tələb edib: “Sən o Mətanət İsgəndərlisən ki, 21 yaşında qıza üzük taxıb, sonra onun başına 8 il oyun gətirdin. Hansı ki, mən Canana hər zaman sənin hörmətini saxladım. Mənim balalarımı geri qaytar, mən övladlarımı heç bir ögey anaya vermək üçün dünyaya gətirməmişəm”.

Qeyd edək ki, Kərim birinci həyat yoldaşı Canana ilə oktyabrda rəsmi boşanıb. Məhkəmə hər 3 uşağın atada qalması ilə bağlı qərar verib. Canana isə bundan narazıdır, apellyasiya məhkəməsinə müraciət edib. O, M.İsgəndərlinin uşaqları öyrədərək ondan aldığını iddia edir.