Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Ət olmamağı problem deyil, yoxdur kartof, şor ye” - Elnarə Abdullayeva

“Ət olmamağı problem deyil, yoxdur kartof, şor ye” - Elnarə Abdullayeva

"Bir alma tapmamışam yeməyə, ətimiz olmayıb. Ət olmamağı problem deyil, yoxdur kartof, şor ye. Şor-çörək yemişəm, ölməmişəm ki, sən də ye. Əzablı, yemək tapmadığım günlər olub. Cavan nəsil elə bilir çətinlik olmamalıdır. Məndə də bir vaxtlar yox idi. Bakıya gəlirdim, kənarda bir daxma görəndə, deyirdim, kaş mənim də olardı. Elə həsrətlə baxırdım. Mən baxıram, siz baxa bilmirsiz? O daxmada gözəllik görün. Geyimi güclə alırdım, kasıbçılıq idi".

SHOWNEWS.AZ xəbər verir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva "Günün sədası" proqramında deyib. Xanəndə keçmiş həyatını xatırlayaraq, insanlara səslənib:

 

"Bir qadından kişi arxayındırsa, o, xoşbəxtdir. Elxanın (həyat yoldaşı - red.) nə dərdi var? Şükür Allaha, Elxan məndən arxayındır. Mən də ondan razıyam. Onda da çətinliklər olub, hər zaman demişəm, evdə övladların yetişir. Məndən keçdi, evdə qız yetişdirirəm. Elə etmə Azərbaycanda ən axmaq gəlib evində gəlin olsun. İnsan bu gün çalışmalıdır ki, gələcəyini qursun. Övladıma deyirəm ki, küçədə gəzən qadın sənin anan, bacın olmalıdır. Elxan deyir, xoşbəxtəm, məni bu yoldan çəkindirib düz yola gətirdin. Biz həyatı bir-birimizə başa sala-sala gəldik çıxdıq. Ola bilər Allah hər şeyimizi əlimizdən ala bilər. Təki sağlamlığımıza, balalarımıza dəyməsin. Balam şor-çörək yesə, pis olmayacaq ki...".

Hamilə günlərindən danışan Elnarə "Uşaq dünyaya gətirənə qədər efirlərə çıxmamışam. Cəmiyyət qarşısına normal formada çıxmalısan. Olmaz, qəti olmaz. Bunu da söz edəcəklər, mənim fikrimdir. Mənim ruhumda, xasiyyətimdə elə efirə çıxmaq olmaz. Xasiyyətimə görə bu cür olmaz" sözlərini əlavə edib.

Qeyd edək ki, E.Abdullayevanın Məhəmməd adlı oğlu, Xədicə adlı qız övladı var.