Müğənni Nura Suri son günlər məşhurlaşan yastıq trendini lağa qoyub.
SHOWNEWS.AZ xəbər verir ki, Nura bu barədə "Facebook" hesabında status yazıb.
“Deyirlər, kimin lüt bədənə yastıqla şəkili yoxdu xəstəlik tutacaq. Səyləriniz qırılsın” deyə, sənətçi bildirib.
Qeyd edək ki, “Pillow challenge” adlanan trend məşhurlardan da yan keçməyib. Aktrisa Pərvin Abıyeva, müğənni Dilarə Kazımova, Sevinc Ağaşirinova da yastıqla görüntülərini paylaşıb.