Əməkdar artist Xəyyam Nisanov təqaüd yaşına çatıb, lakin özünə gün-güzəran qura bilməyən müğənniləri qınayıb.
SHOWNEWS.AZ xəbər verir ki, MTV-də "Üzə Düz" layihəsinin qonağı olan ifaçı Azərbaycanda kasıb müğənnilərin olmadığını bildirib:
"Deməzdim ki, ən bahalı kişi sənətçilərindənəm. Bizim o qədər varlı sənətçilərimiz var ki... Azərbaycanda kasıb bir müğənni, sənətçi yoxdur. Maşallah olsun, hər kəsin yetəri qədər evləri, maşınları var. Efiri açanda isə görürk ki deyirlər iş yoxdur, ağlayır. Kimsə əgər fikirləşirsə, xarici markalı avtomobilini digər xarici avtomobilə dəyişmək problemdir və bu kasıbçılıqdır, mən bunu belə hesab etmirəm. Mənim musqiçilərimin hərəsinin 1 yox 2 avtomobili var. Yeni tikilmiş binada mənzilləri var. 20 ildir bu işin içindəyəm, hamını gözəl bilirəm. Təəccüblənirəm ona görə ki, hansı ki, tanınmış ifaçı çıxıb deyir ki, çörək tapa bilmirəm. Yəqin ki, illər ərzində planlarını düzgün qura bilməyiblər. 60 yaşa çatıb, deyir ki, heç nəyim yoxdur. Dünyaca məşhur ulduzlar nə qədər vergi verirlər, bundan xəbəri olan var? Onlar gərlirlərinin 50 %-ni vergiyə verirlər. Mən 2008-ci ildən vergi ödəyicisiyəm!”.