Əməkdar artist Mətanət İsgəndərli ilə keçmiş gəlini Canana (Aynur Həmidova) arasında qalmaqal bitmək bilmir.
Bu dəfə Canana M.İsgəndərlini oğlu Kərimi ikinci dəfə evləndirməyəcəyini deməklə yalan danışmaqda ittiham edib. O, instaqram hesabında paylaşım edərək bunları yazıb:
“Hər kəs deyir təsadüfü addır. Verilişdə də elə deyib, amma bilin ki, mən heç nəyi yalan danışmıram. Kərimlə son danışığımızda özü dedi ki, elçi gedirik. Mən də dedim, Allah xoşbəxt eləsin, ancaq balalalırımı ögey anaya verməyə görə həyata gətirməmişəm. Qaytar mənim uşaqlarımı. O isə dedi ki, onlar heç mənə lazım deyil, hakim özü elə qərar verdi. Dedim ki, o hakimin mənimlə nə qərəzliyi var? Uşaqlar bu olanların şahididir. Tuncay telefonla danışığımızda dedi ki, onsuz da Ayseli qəbul edən deyiləm. O, mənim anam ola bilməz”.
Qeyd edək ki, bu günlərdə “10-da görüşək” proqramında qonaq olan M.İsgəndərli oğlunu Kərimin ikinci dəfə evlənəcəyi ilə bağlı xəbəri təkzib edib. Bu haqda ilk xəbəri onun eks-gəlini Canana instaqramda məlumat yayıb.