Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu ailə qurmasının 1 ilini qeyd edib.
Axşam.az xəbər verir ki, musiqiçi aktrisa Aysel İbrahimova ilə ötən il nikah masasına oturub. Münasibətlərini uzun müddət gizlədən Hüseyn və Aysel son günlər bir-biri ilə bağlı paylaşımlar etməyə başlayıb.
Hüseyn isə ilk dəfə ikinci evliliyi ilə bağlı paylaşım edərək "Toyumuzun 1 ili münasibətilə" sözlərini yazıb.
Aysel isə birlikdə görüntülərini yayımlayaraq "Sən bu həyatda sevdiyim. İkimiz xoşbəxt olaq bu həyatda. Neçə-neçə gözəl illərə, yaxşı ki, varsan" sözlərini yazıb.
Hüseyn isə onun paylaşımına "Yaxşı ki, varımsan, Ayselim" cavabını verib.
Qeyd edək ki, cütlüyün bu günlərdə övladı dünyaya gəlib. Bu, Ayselin də, Hüseynin də ikinci nikahıdır. Musiqiçinin ilk nikahdan iki qızı, aktrisanın da bir övladı var.