Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu ikimərtəbəli ev tikdirdiyinə görə peşman olub.
Bu barədə o, “Qonağım ol” verilişində danışıb. Musiqiçi evin üç ilə ərsəyə gəldiyini açıqlayıb:
“İki mərtəbədir. Bilsəydim, bir mərtəbə tikərdim. İkinci mərtəbəyə qalxmağa ərinirəm. Bir mərtəbə daha gözəldir. Həm pul az çıxır, həm də rahatlıqdır. İkinci mərtəbəni görməmişlikdən tikdirdim. Nə qədər dedilər ki, birmərtəbəli tik, qulaq asmadım. Kaş elə edərdim”.