Xalq artisti Afaq Bəşirqızının ağır xərçəng xəstəliyindən əziyyət çəkən aktyor Novruz Qartal haqqında fikirləri cəmiyyətdə böyük qınağa səbəb olub.
Buna səbəb onun həmkarı Novruz Qartalın səhhətindən danışarkən dediyi sözlər olub.
Belə ki, aktrisa "Yenisabah”a açıqlamasında uzun illərdir eyni teatrda işlədiyi və eyni səhnəni bölüşdüyü Novruz Qartalın səhhətinə laqeyd yanaşıb:
"Mən elə boş adam deyiləm ki, hər mövzuda danışım, münasibət bildirim. Onun haqqında bu qədər yazırsınız, daha bəsdir. Novruz Qartalı eləmisiniz Milli Qəhrəman, Allah evinizi tiksin. İndi xəstə adamdır, aktyordur da. Heç dəxli var?” - deyə bildirib.
Mövzu ilə bağlı AZXEBER.COM-un əməkdaşı yenidən xalq artisti Afaq Bəşirqızı ilə əlaqə saxlayıb, sosial şəbəkələrdə haqqında yazılan iddialara cavab axtarıb. Xalq artisti isə dediyi fikirlərin üzərində qaldığını bildirib:
"Mən bu suala cavab vermişəm. Bütün cavablarım yayımlanıb. Bu mövzuda məni narahat etməyin” deyib.