"Başdan ayağa demək olar plastik əməliyyat etdirmişəm. Bəziləri kimi əməliyyatlar kraliçası olub, amma "anadan gəlmə" beləyəm demirəm. İndiyədək bədənimdə sinəmdə, qarnımda, ombamda, cənəmdə, boğazımda və s. yerlərdə plastik əməliyyatlarım olub".
Bu açıqlamanı tanınmış stilist Qusik Simon edib. O, SHOWNEWSAZ-a bildirib ki, əməliyyatları bununla da yekunlaşmayıb:
"Görünüşümlə bağlı öz fikirlərim var. İstədiyim hər şeyi edirəm. Hər bir neçə əməliyyata da girəcəyəm. Əməliyyatlarımın sayı ilə belə getsə ölkədə rekorda imza atacağam. Ən əsası mənə ətrafdakıların fikri önəmli deyil. Mənim şəkillərimə baxıb, artıq əskik yazan yaşlı nəsil nümayəndələrinin oğulları mənim fanatlarımdır, gələcək nəvələri isə bizim yolla gedəcək.