Müğənni Elnur Məmmədov şəxsi həyatı ilə gündəmə gəlib.
AZXEBER.COM xəbər verir ki, 10 ildən sonra ata olan Elnur yaşadığı böyük sevinc hissindən danışıb. Sənətçi 10 il ərzində dünyanın bir çox peşəkar həkimlərinə müraciət etdiyini, bunun üçün milyonlar xərclədiyini bildirib:
"Böyüklərdən və valideynlərdən üzr istəyirəm. Mən bunları danışan deyildim. Dünyanı gəzdim. İnanın səmimiyyətimə ki, milyonlar tökdüm. Ailəni tamamlayan övladdır. Çox istəyirdim ki, mənim də evimdən övladımın səsi gəlsin. 5 dəfə övladım olub, amma qalmayıb”.
Qeyd edək ki, bu il noyabrın 8-də sənətçinin ilk övladı dünyaya gəlib. Elnur oğluna İnam adını verib.