Müğənni Səmra Rəhimli dələduzluğa məruz qalıb. OLAY yazır ki, ötən gün “Zəhər tuluğu” filminin qala gecəində qatılan sənətçi naməlum şəxslər tərəfindən aldadılıb.
Səmra avtomobilini parkinq üçün iki nəfərin ona yaxınlaşdığını, 15 manat aldığını qeyd edib. Rəhimli bildirib ki, premyeradan sonra 40-50 nəfər maşınının cərimələndiyini görüb:
“Onlar dedilər ki, biz burada çalışırıq, Sarayın işçiləriyik, gecə saat 12-ə qədər burdayıq. Hətta soruşdum ki, burada saxlayanda problem olmur? Dedi ki, tədbir olan günlər saxlamaq olar. Biz də maşınımızı parkinq etdik, 15 manat da pul ödədik. Hətta 40-50 nəfər saxlamışdı, hamısı da pul verib. Çıxanda şikayətlənirdilər, çünki hər kəs cərimələndi. Biz tədbiri tərk edəndə polislərə yaxınlaşdıq, şikayət etdik.
Polis işçiləri dedi ki, bu ilk dəfə deyil, hər dəfə tədbir olanda eyni hal təkrarlanır. Mən aidiyyəti qurumlara müraciət edirəm ki, bu dələduzluğun qarşısı alınsın. Söhbət 15 manatdan getmir. Sadəcə bu iki şəxs kimsədən qorxmadan şəhərin mərkəzində özlərini sarayın işçisi olaraq təqdim edərək insanlardan pul yığırlar”.