Türkiyəli məşhur müğənni Özcan Dənizlə keçmiş həyat yoldaşı Feyza Aktan arasında 1,5 ildir davam edən məhkəmə işi yekunlaşıb.
Onların 3,5 yaşlı oğlu Kuzeyin qəyyumluğu anada qalıb.
Mühafizələrlə məhkəməyə gələn Özcan Dənizin oğlu ilə görüş günləri artırılıb.
Qeyd edək ki, müğənni ilə Feyzanın evliliyindən bir övladı var. Onlar 2019-cu ildə boşanıblar. Özcan Dəniz oğlunu qəyyumluğunu əldə etmək üçün məhkəməyə müraciət etmişdi.