Əməkdar artist Elza Seyidcahan "Onun sirri" verilişində qonaq olub.
SHOWNEWS.AZ xəbər verir ki, sənətçi proqramda uşaqlıq illərində qatıq satdığını etiraf edib:
"Atam pul yollamırdı, anam süd alıb bişirirdi, ondan qatıq çalırdı. Anam bir dəfə dedi ki, bu qatıqları apar filankes xalaya ver. Balaca uşaq idim, yolda məndən 2-3 yaş böyük oğlanlar soruşdular nə aparırsan? Açıb qatığın üzünü yedilər. Ağlaya-ağlaya gəldim evə ki, anama nə deyəcəm. Baş verənləri danışdım, anam da qoşuldu mənimlə ağladı. Qatıq satmışıq, konservatoriyada oxuyanda anamın sifarişləri olurdu. Şəkərbura, qoğal, çudu bişiriridik. Gecə 3-ə qədər mahnı bəstələyirdim, səhər 6-da durub çuduları bükürdüm. Arzu edirəm ki, daha çox qatıq satım. Elə bir heyvandarlığım olsun ki, qatıqları çalım və özüm satım".