Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Nadir oğlunun toyuna gəlməyən sənət adamlarından inciyib “İki zalda toy etdim”

Nadir oğlunun toyuna gəlməyən sənət adamlarından inciyib “İki zalda toy etdim”

Müğənni Nadir Qafarzadə oğlu Loğmanın toyuna gəlməyən sənət dostlarından inciyib. 

 

 

Bu haqda sənətçi Axşam.az-a açıqlamasında deyib. O bildirib ki, dəvət etdiklərindən bəziləri gecəyə qatılmayıb:

 

"Toyda ziyana düşmədim. Hər şey əla keçdi. Oğlumun toyudur, mən xərc çəkməli idim. Bəzi həmkarlarım guya xəstələniblər, gəlməyiblər. Özlərinin dediyinə görə xəstə imişlər. Yanlarında olmamışam, bilmirəm düzdür, yoxsa yalan. Amma hədiyyə göndəriblər. Bilsinlər ki, mənə hədiyyə yox, onların özləri lazımdır. Heç toyda yerimiz yox idi. İki zal ayrıldı, ürəyimizcə toy keçdi. 

 

Bütün ölkə bizim toydan danışdı. İnstaqramda nə qədər paylaşıldı, toy videoları "Youtube"da trendə düşdü. Fikirləşirəm ki, insanların 95 faizi bu toyla mənim ailəmin, övladlarımın, gəlinimin tərbiyyəsini gördü".