“Öz həyatınıza baxın! Özgəsinin həyatına burnunuzu soxmayın!”.
SHOWNEWS.AZ xəbər verir ki, bu sözləri “ müğənni Mina Hüseyn onu təhqir edən izləyicilərinə ünvanlayıb:
“Cəsarətsizsiniz, qorxaqsınız, “çuşkasınız”. İşiniz insanları müzakirə etməkdir. Beyinsiz məxluqlarsınız. Düşüncələriniz, beyinləriniz o qədər tərbiyəsiz yetişdirilib ki, hər yerdə, hər zaman bunu büruzə verirsiniz. Ədalətsiz dünya deyil, sizsiniz.
Hamıya pis gözlə yox, xoş niyyətlə baxsanız, bəlkə də xoşbəxt olardınız. Hər şeydən önəmli niyyətdir. Ən sevdiyin insanın başına elə bir hadisə gələr ki, onda kiminsə haqqına girməyin lazımsızlığını anlayarsan. Bu həyat boşdur. Hamı bədəlini ödəyəcək. Siz kimsiniz ki, insanların günahını alırsınız”.
Qeyd edək ki, Mina son etdirdiyi açıq-saçıq fotosessiyası ilə müzakirələrə səbəb olub.