Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

İkinci dəfə ailə qurduğu üçün tənqid edənlərə CAVAB VERDİ

İkinci dəfə ailə qurduğu üçün tənqid edənlərə CAVAB VERDİ

Rejissor Nail Naiboğlu ikinci dəfə ailə qurması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. 

O, OLAY-a açıqlamasında onu birinci xanımının ölümündən sonra evləndiyi üçün tənqid edənlərdən də danışıb:

“İstəməzdim ki, saytlar bu barədə yazsınlar. Lakin xəbərlər dərc olundu, mən də hörmətlə yanaşdım.  Artıq dörd ildir ki, birinci xanımım dünyasını dəyişib. Uşaqlarımın razılığı ilə ikinci dəfə ailə qurmuşam. İkinci xanımın şəhid övladıdır, atası Birinci Qarabağ müharibsəində döyüşüb. O ki qaldı tənqidi şərh yazanlara... Mən həyat yoldaşıma xəyanət etməmişəm, ya da uşaqlarımı atıb ailə qurmamışam ki... Ona görə icazə vermirəm ki, kimsə mənim şəxsi həyatımı müzakirə etsin. Hər halda nə etdiyimi yaxşı bilirəm.  Mənim 46 yaşım var və bilirəm ki, hansı addımı atmışam”. 

Qeyd edək ki, rejissorun xanımı 2017-ci ildə qəfil dünyasını dəyişib.