Bu gün günorta saatlarında “Kobra” ləqəbli kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev Bakıya gəlməli idi.
News24.az xəbər verir ki, saat 12:00-da Bakıya enməsi nəzərdə tutulan təyyarənin gəliş təxirə salınıb.
Bildirilib ki, Azərbaycan sözügedən reysi qəbul etmədiyindən reys təxirə salınıb. O, hazırda İstanbuldadır və 14 gün karantində qalacaq.
Qeyd edək ki, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu TV8-in rəhbəri, aparıcı Acun Ilıcalıya təşəkkür edib. O, sosial şəbəkədə Dominikan Respublikasında təyyarənin havaya qalxdığı anların görüntüsünü yayıb.