"Yeni il Moskvada gözəl keçir. Ona görə də məqsədim orda olmaq idi. Amma heç cürə gedib çıxa bilmirdim. 5 biletim yandı. 3 min manatdan çox pul edir. Altıncı ilə getdim. Sabahı gözləyirəm. Çox əyləncəli olacaq".
SHOWNEWS.AZ xəbər verir ki, bu açıqlamanı sosial şəbəkə fenomeni Bayram Nurlu edib. O, əyləncəsinə ağılasığmaz pullar xərclədiyini etiraf edib:
"Özümü çox sevirəm və dəyər verirəm. Ən yaxşı istirahətlərə, tətillərə layiqəm. Çünki mərhəmətli və xeyirxah insanam. Bacardığım qədər insanlara yardım oluram. Allah hər şeyi görür və bəndəsini qiymətləndirir. Moskvada lüks otelin lüks otelində dincəlirəm. Yeni il bir neçə gün burdayam. Burdan isə istəyirəm isti ölkələrdən birinə gedib bir az da günəş vannası qəbul edim. Bronzlaşmaq mənə yaraşır".