Nüfuzlu “Forbes” jurnalında 2021-ci ilin ən kasıb Rusiya milyarderlərinin reytinqini dərc edilib.
“Crocus Group”un prezidenti Araz Ağalarov bu reytinqdə 10-cu yerdədir.
Onun sərvəti 226 milyon dollar azalaraq dekabrın 20-nə 1,451 milyard dollar təşkil edir.
Nəşr A.Ağalarovun şirkətinə “Crocus City Hall” və “Vegas” konsert salonları, sərgi kompleksi, ticarət mərkəzləri, idman və əyləncə obyektləri, “Jara” holdinqinin daxil olduğunu qeyd edir.
A. Ağalarovun özünün dediyinə görə, ticarət mərkəzlərinə gediş-gəliş 20-30% azalıb, yalnız 2021-ci ilin oktyabr ayının sonunda qeyri-iş günlərində şirkət iki həftə ərzində 250 milyon rubl itirib.ğ