SHOWNEWS.AZ xəbər verir ki, Elgiz Əkbər həmkarının hörmətsizliyindən gileylənib.
"Elə verilişlər olub ki, kanal rəhbərliyinin göstərişi ilə aparıcılığını mən etmişəm. Bu əsasən sosial layihələr olub. Amma elə layihələr var ki, onların atası mənəm. Məsələn, efirdə işə düzəltmə məsələsi. Bunu ilk dəfə mən etmişəm. Amma indi görürəm başqa kanallarda da edirlər. Etsinlər. Amma zəng edib icazə almaq lazımdır. Guya mən deyəcəyəm? Əlbəttə icazə verəcəyəm".
SHOWNEWS.AZ -ın kiçikl araşdırması nəticəsində məlum olub ki, Elgiz Əkbərin atmacası LİDER kanalında yayımlanan "Çıxış yolu" verilişinə ünvanlanıb. Belə ki, adıçəkilən veriliş də Elgiz Əkbərin layihəsi olan işə düzəltməni öz efirində yayımlayır.
Xatırladaq ki, E. Əkbər ANS telekanalında fəaliyyət göstərərkən aparıcısı olduğu "Adam içində" verilişində bu layihəni işə salıb. Onun müəllifi olduğu bu layihə Dünya Bankı tərəfindən yüksək qiymətləndirilib. ANS-ə və aparıcıya təşəkkür ünvanlanıb. Bu layihə isə işsizlikdən əziyyət çəkən bir sıra ölkələrə də məsləhət görülmüşdü.
Bundan başqa Elgiz Əkbər Azərbaycanda ilk sosial verilişin aparıcısıdır. Onun "Elgizli axşamlar" verilişi 10 il əvvəl nümayiş olunub. Hətta Azərbaycan teleməkanında ilk dəfə itkin düşən şəxsin axtarışına başlama da məhz Elgiz Əkbərin verilişində olub.