2021-ci ilin son günü müğənni Dəniz Əsədova il boyu əsəblərini tarıma çəkənlərin bayramını burnundan gətirəcək desək yanılmarıq.
Belə ki, sosial şəbəkədə ünvanına yazılan təhqirlərdən cana doyan sənətçi DİN-ə şikayətçi olub:
"Bir qrup şəxs sanki pusquda dayanıb. Şəkil, video paylaşan kimi və ya canlı yayım açan kimi ünvanıma olmazın təhqirlər və alçaldıcı sözlər yazırlar. Bezmişəm. Öncə önəmsəmədim. Sonra həmin şəxsləri blokladım. Amma görürəm dayanmırlar. Mənim bəziləri kimi əxlaqdan kənar videolarım yoxdur, nalayiq danışığımı görməyiblər. Hər zaman yerimi, danışığımı bilmişəm. İnsanlara hörmətlə yanaşmışam. Amma həvəsdi-bəsdi. İnsanı durduq yerdə təhqir edənlər indi gedər DİN-də cavab verər".
Müğənni həmçinin sosial şəbəkə istifadəçilərinə də suaı ünvanlqyıb:
"Hörmətli insanlar, tanımadığınız insanlar sosial şəbəkədə sizi, ailənizi, doğmalarınızı təhqir etsə, nə edərdiz?".