Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Murad Arif toyların olmamasına sevinənləri YIXIB-SÜRÜDÜ

Murad Arif toyların olmamasına sevinənləri YIXIB-SÜRÜDÜ

"Toy sektorundan yalnız musiqiçilər qazanmır, ay dayazlar. Bu sektor dükanları, gözəllik salonlarını, gül-dekor xidmətini, şirniyyatı, aşpazları, fotoqrafları, videoqrafları, xidmət sektorunu, təmir işçilərini, avtomobil icarəsi, dərziləri, geyim dükanları, ziynət əşyaları satanı, elektronika malları, ev kirayəsi, daşınmaz əmlak satışı da daxil olmaqla böyük bir ölkəni işlə təmin edən sistemdir".

SHOWNEWS.AZ xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Murad Arif sosial şəbəkədə yazıb. Sənətçi toyların dayandırılması xəbərinə sevinən şəxsləri sərt tənqid edib və bildirib ki, toyların olmaması tək sənət adamlarının maddi durumuna yox, bir çox sahələrə mənfi təsir edib:

 

"Hər müğənninin də 10-15 nəfər sənətçidən ibarət heyyəti olur. Müğənni sayəsində ölkədə bütün audio-video istehsalat işçiləri, lap elə media da dolanır. Xadiməsini, ofisiantını, taksisini demirəm... Ay dərdə sevinən bədniyabət tayfa, nədir bu qədər ailə başçısının işsizliyinə sevinmək, nədir bu ibnəlik?!".