Məşhur cütlük Murad və Ülviyyə İsmayıl obyektiv qarşısına keçib.
Aktyorlar övladı Fuadla birlikdə Yeni il fotosessiyası etdiriblər.
Onlar şəkilləri sosial şəbəkə hesabında yayımlayıb. "2020 və 2021-ci illər sevmədiyim illər oldu. Fuadım xaric... Yenə də Allahın verdiklərinə şükür edib, yaşadıqlarımdan nəticə çıxarıb, yola davam edirəm. 2022-ci ildən isə ancaq xoş şeylər diləyirəm. Bütün çətinliklərdən, maddi və mənəvi sıxıntılarımızın köhnə ildə qalmasını arzu edirəm" deyə, Ülviyyə paylaşımında qeyd edib.