Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Elarizin ABŞ-dakı bu fotosu marağa səbəb oldu

Elarizin ABŞ-dakı bu fotosu marağa səbəb oldu

Bir neçə ildir ABŞ-da yaşayan müğənni Elariz Məmmədoğlunun qeydiyyat kodu Azərbaycanın Şəki şəhərinə məxsus avtomobillə çəkdirdiyi şəkli sosial şəbəkələrdə böyük marağa səbəb olub. Bəzi izləyicilər bunun montaj olduğunu qeyd edib.

 

“Qafqazinfo”ya danışan E.Məmmədoğlu fotonun real olduğunu bildirib:

“Avtomobili dostum gəmi ilə gətizdirib. Şəkil 2021-ci ilin noyabrında Nyu-York ştatının Bruklin şəhərində “Baku Nights” restoranının qarşısında çəkilib”.

Müğənni, həmçinin əlavə edib ki, dostu avtomobili elə Azərbaycanın qeydiyyat kodu ilə idarə edir.