Xalq artisti Röya Ayxan "Gəl qonaq ol" proqramında qonaq olub.
SHOWNEWS.AZ xəbər verir ki, müğənni həmkarı Sevda Yahyayeva ilə bağlı etiraf edib. O bildirib ki, Sevdanın "O zaman mahnısını qısqanıb:
"Əsəbləşim, ürəyimə dəydi ki, niyə onun elə rəngli klipi var, mənim yox. Sonra Zamiqlə gedib gəzib gəldik".
Röya səsi ilə bağlı "Sevdaya demişəm, yanımda zildən oxuma, əsəbiləşirəm. Qalırambelə" sözlərini əlavə edib.
İfaçı Şamaxıda getdikləri toy məclisində başına gələn hadisəni də bölüşüb:
"Bir avtobus toya qonaq getmişik. Toyda durub tanqo oynadım. Ənvər Sadıqov tanqo ifa edirdi. Elə bir dəfə fırlanmışdım ki, gördüm yanımdakı yoxdur, yığışdırdılar. Dedilər, rayonda necə tanqo oynaya bilərsiniz. Toy 6-da başladı, 7-də qurtardı. O qədər gülmüşdük ki...".
Sənətçi daha sonra özünü tünd saçda bəyənmədiyini bildirib:
"Tünd saç etmək olmaz. Elə bil ki, ev qızıyam. Mən ev qızı olmaq istəmirəm".