Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova ad günündə sevgilisindən evlilik təklifi alıb.
Bu gün 24 yaşına qədəm qoyan ifaçı bu barədə sosial media hesabında məlumat yayıb.
O, foto və video paylaşaraq sevincini dilə gətirib:
“Bu gün doğum günümdür və həyatımın ən özəl günü oldu. Həyatımın adamından evlilik təklifi aldım. Ömrümün sonuna qədər sənə “hə” deyirəm. Çox xoşbəxtdəm, ruh əkizim, yaxşı ki, varımsan. 2022-ci ilin ilk günündən mənə çox uğurlu gəldin, təşəkkür edirəm. Subaylığın başını atdım, bütün subaylara qismət olsun”.
Aysun paylaşımında sevgilisinin üzünü gizlədib və adının baş hərfini “E” deyə, yazıb.