Tanınmış həkim-kosmetoloq Xariqə Quliyeva artıq çəkidən azad olmaq üçün cərrah masasına uzanıb.
Bu haqda aparıcı Elgiz Əkbər canlı yayımda məlumat verib. O, Xariqə xanımın mədə kiçiltmə əməliyyatı etdiyini açıqlayıb.
SHOWNEWS.AZ-a danışan həkim hazırda evə buraxıldığını və özünü yaxşı hiss etdiyini bildirib:
"Şükür, əməliyyatım uğurlu keçdi. 3 gün klinikada qaldım. Hazırda evdəyəm. Sabah işə baş çəkəcəyəm. Birinci gündən isə işimin başında olacağam".