Xalq artisti Brilliant Dadaşova son günlər ard-arda instaqram paylaşımları ilə diqqət çəkir.
OLAY yazır ki, məşhur müğənni status yazaraq ad çəkmədən kimlərə söz atır. Dadaşova bu gün də eyni halı təkrarlayaraq hekayə bölməsində öz fotosunu paylaşaraq atmaca atıb. Brilliant bildirib ki, həmin şəxs açıq-saçıq geyinir:
“Geyinib yenə açıq-saçıq. Özünü saxlayır arıq, biabırçılıq. Biz yorulduq nənəmizin mədəniyyətini buna öyrətməkdən. O, isə yorulmadı “İnteligent” Həsəni, Cəlil Məmmədquluzadəni, Zeynaləbdin Tağıyevi, Musa Nağıyevi, Nizaminin yaratdığı Kəhkəşanı, Xurşidbanu Natavanı, Təbrizi, Zəncanı, dahilər ocağı böyük Turanı, Hüseyn Cavidi, mədəni irsimizi misal çəkməkdən”.