Konsertdə sənətçi tez-tez azadlıqdan məhrum olan xanımların görüşünə gələcəyini də vurğulayıb.
SHOWNEWS.AZ-a açıqlama verən sənətçi bu konserti həm də onun haqda yayılan yalan məlumata son qoymaq üçün verdiyini bildirdi:
"Mənim haqqımda həqiqəti əks etdirməyən yazı dərc olundu. Guya mən demişəm ki, Fədayə Laçinla görüşə gedə bilmərəm. Əgər getsəm həyat yoldaşım məni öldürər. Bu yalan məlumatdır. Bu konserti təşkil etdim ki, həm sənət dostumla görüşüm, həm də orada yatan xanımların könlünü şad edim. Təəssüf ki, Fədayə ilə görüşə bilmədim. Bildirdilər ki, o, hələ Kürdəxanı təcridxanasında yatır. İnşallah, Allah hər birinin qarısını açar".