Müğənni Sevda Yahyayeva gəlinliyini satır.
SHOWNEWS.AZ xəbər verir ki, bu haqda "Deməsəm olmaz" verilişində deyilib. Bildirilib ki, ifaçı türkiyəli modelyer Muammer Ketenci tərəfindən hazırlanan paltarını satmaq qərarına gəlib.
Qeyd edək ki, Sevda ötən ilin oktyabrında baş tutan toyunda iki gəlinlik geyinib. O, libaslardan birini Bakıdakı gəlinlik evlərindən birindən kirayə götürüb. Digəri isə xüsusi onun üçün hazırlanıb. İfaçı açıqlamalarından birində paltarın qiymətinin baha olduğunu söyləyib.