"Şeirlərimi yazıram, amma yozurlar. Əslində bilirlər ki, Elza bunu bele yox, bu formada deyib. Başqa cür də yoza bilərlər, amma özlərinə sərf etdiyi üçün bilə-bilə belə edirlər".
SHOWNEWS.AZ xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan MTV-yə açıqlamasında deyib. O, sənətdən gedəcəyini açıqlayıb:
"Bəzən deyirlər ki, Elza bunu gündəmdə qalmaq üçün edir. Yox, əslində şou-biznesdən getmək istəyirəm. Fikirləşirəm ki, çəkilim kənara. Çünki mənim dağ boyda sənətim var, halbuki onu da özümlə aparıram. Çoxlarının geyimlərində, danışıqlarında, şeirlərində, yerişlərində Elzalaşma gedir. İstəyirlər ki, uzaqlaşım və yerimdə otursunlar. Gedə bilərəm, onsuzda xarici ölkələrdən təklif var, gedəcəm. Mənim yerimdə heç kim otura bilməyəcək. Çünki mən kiminsə yox, öz yerimdə oturmuşam. İncəsənət sahəsində yetərincə yer var".